Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Hakopyan bildirib.
O, hər an hərbi əməliyyatların başlaya biləcəyini qeyd edib.
“Müxtəlif mərhələrlə, müxtəlif adlarla davam edən danışıqlar prosesi var. Lakin araba yerindən tərpənməyib və biz atəşkəsin imzalandığı dövrdə olduğumuz məqamda qalmışıq. Bu 25 il ərzində sürünən müharibəyə malik olmuşuq. Bu 25 il ərzində hər ay, hər həftə, hər iki tərəfdən itkilər vermişik. Bu itkilər münaqişənin həll edilməsinə bizi 1 sm belə yaxınlaşdırmır. Bu sürünən müharibə dövründə itkilər verdiyimiz yetərli deyilmi? İndi, yenə də münaqişə atəşkəs imzalandıqdan dərhal sonra olduğu nöqtədə görünür”, - deyə Hakopyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az