“Yezidi əsgər qohumlarına deyib ki, hərbi hissədəki döyüş mövqelərində ciddi problem var”

2017/10/488380204_s2342344_1509350495.jpg
Oxunub: 1534     11:29     06 Dekabr 2019    
“Artur Acamyan son 2-3 ayda qohumlarından birinə deyib ki, döyüş mövqelərində problem var. Əgər kimisə öldürmək istəyirlərsə, onu döyüş mövqeyinə aparıb öldürürlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölən əsgər Artur Acamyanın ailəsinin vəkili Hayarpi Sarkisyan söyləyib.

Onun sözlərinə görə, yezidi əsgər hərbi hissədə problemlərinin olduğunu, bir cəhənnəm vəziyyətinin hökm sürdüyünü deyib.

Sarkisyan bildirib ki, hazırda intihar maddəsi təsdiqlənməyərək, qətl maddəsi üzrə cinayət işi başlanılıb.

Vəkilin dediyinə görə, Acamyanın alın nahiyəsində odlu silah yarası olub.

“Alnından atəş açılıb. Boyun nahiyyəsindən çıxıb, yəni yuxarıdan aşağı vurulub. Onun özü özünə belə bir xəsarət yetirə bilməzdi. Alnında, əllərində və ayaqlarında və müxtəlif vaxtlara aid olan zorakılıq izləri var. Hadisədən əvvəl bəlkə də döyülmə halı olub”, - deyə Sarkisyan qeyd edib.

O, həmçinin bildirib ki, yaralı əsgər hazırda ağır vəziyyətdədir. Sifət nahiyyəsində odlu silah yarası var. Dindirilmə vəziyyətində deyil.

“O, sağaldığı təqdirdə cinayətin araşdırılmasına çox kömək edə bilər. Ona görə ki, qətl törətmə maddəsi üzrə cinayət işi açılıb. Acamyanın da bədənində aşkarlanan xəsarətlər onlara qarşı təxribat, zorakılıq baş verdiyindən xəbər verir. Buna görə də yaralı əsgər bunu həyata keçirən şəxslər barədə məlumat verə bilər”, - deyə vəkil Hayrpi Sarkisyan bildirib.

Xatırladaq ki, 2 dekabr 2019-cu il saat 06:50 radələrində işğal altında olan Qarabağda yerləşdirilən qanunsuz “hərbi birləşmə”nin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü Artur Acamyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.

Baş vermiş fakt üzrə 3-cu qarnizonun istintaq şöbəsində iki və daha artıq şəxsi öldürməyə cəhdetmə üzrə CM-nin müvafiq maddəsi əsasında cinayət işi başlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yezidilər   Zorakılıq  


Bizi "telegram"da izləyin