Ordu.az məqalənin bəzi hissələrini təqdim edir:
“Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ məsələsində atəşkəs əldə edilməsindən 25 il ötür. Lakin o vaxtdan bəri Dağlıq Qarabağda və ətrafında, habelə Ermənistanla Azərbaycan arasında beynəlxalq aləmdə tanınan sərhədboyu tez-tez qarşıdurmalar olub. Ancaq bu il mübahisə bir az donduruldu ki, bu da Ermənistandakı 2018-ci ilin hakimiyyət dəyişikliyinin nəticəsidir.
İki ölkənin liderləri, eləcə də Xarici İşlər nazirləri bir neçə dəfə görüşüblər. 2018-ci ilin sentyabr və 2019-cu ilin mart ayında təhlükəsizlik əməkdaşları və siyasi nümayəndələr arasında iki yeni qaynar xəttin yaradılması sərhəd boyu gərginliyi azaltmağa və döyüş itkilərinin sayını azaltmağa kömək edib.
90-cı illərdəki müharibə səbəbindən bağlanan ikinci yol, 2018-ci ilin sentyabr ayında Bakı və İrəvanın əlaqə yollarının yenidən açılmasına razılıq verməsindən dərhal sonra yenidən açıldı”.
Alpər Mövludoğlu
Ordu.az