Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu qətlə yetirilən yezidi hərbi qulluqçunun cinayət işləri ilə məşğul olan vəkil Hayarpi Sarkisyan jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, 2 dekabr 2019-cu il saat 06:50 radələrində işğal altında olan Qarabağda yerləşdirilən qanunsuz “hərbi birləşmə”nin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü Artur Acamyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.
Vəkilin sözlərinə görə, qətlə yetirilən hərbi qulluqçu 2-3 ay öncə qohumlarından birinə hərbi hissənin problemləri barədə danışıb.
Ötən gün hərbi qulluqçunun yaxınları parlament binası qarşısında aksiya təşkil edib. Acamyanın yaxınları tələb edir ki, övladlarını intihar etmiş hərbi qulluqçu kimi ləkələməsinlər, intihar versiyası həqiqəti əks etdirmir. Onlar iddia edir ki, əgər 2-ci bir yaralı varsa hadisə intihar ola bilməz.
“Arturun üzərində, alın, əlləri və ayaqlarında zorakılıq izləri də olub. Zorakılıq izləri müxtəlif vaxtlara aid olub. Arturu xəndəkdə, yaralı Daviti isə səngərdə aşkar ediblər. Yaralı hərbi qulluqçunun ayaq və sifət nahiyyəsində odlu silah xəsarətləri var”,- deyə vəkil bildirirb.
Vəkilin sözlərinə görə, Acamyan son 2-3 ayda qohumlarından birinə deyib ki, hərbi hissədə problemlər var. Sarkisyanın sözlərinə görə, Artur həmçinin bildirib ki, əgər kimisə öldürmək istəyirlərsə, onu döyüş mövqeyinə aparıb öldürürlər.
Vəkil qeyd edib ki, hazırda hadisə ilə bağlı döyüş mövqeyində olan şəxslərlə dindirmələr keçirilir.
Xatırladaq ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan vəkil Sarkisyanla görüşündən sonra bəyan edib ki, 2 dekabr tarixində qətl hadisəsi baş verən hərbi hissənin komandiri ilə görüşməyə hazırlaşır. Onun sözlərinə görə, həmin hərbi hissədə problemlər olduğu məlumdur.
Dekabrın 2-də baş vermiş fakt üzrə 3-cu qarnizonun istintaq şöbəsində iki və daha artıq şəxsi öldürməyə cəhdetmə üzrə CM-nin müvafiq maddəsi əsasında cinayət işi başlanılıb.
Alpər Mövludoğlu
Ordu.az