Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, prezident Tramp BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələrini qlobal çağırışlar üzrə - Koreya yarımadasının nüvəsizləşdirilməsindən Əfqanıstandakı sülh danışıqlarına qədər birlikdə işləməyə çağırır.
"Prezident, eyni zamanda qlobal təhlükəsizlik və rifah üçün təhlükə yaradan oyunçulara qarşı da tədbirlər görməyə çağırıb", - deyə bəyanatda vurğulanır.
Sevinc Əliyeva
Ordu.az