ABŞ Milli Qvardiyasının helikopteri qəzaya uğrayıb - 3 ölü

2019/12/MWKZG-1575609965.jpg
Oxunub: 1119     09:10     06 Dekabr 2019    
ABŞ-ın Minnesota ştatının Milli Qvardiyasına məxsus "Black Hawk" helikopteri qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, radardan itən helikopter Minnesota ştatının Sankt-Klod şəhəri yaxınlığında qəzaya uğrayıb.

Ştatın qubernatoru Tim Uolz mətbuata açıqlamasında bildirib ki, hadisə helikopterin təlim uçuşları zamanı baş verib və nəticədə 3 nəfər həlak olub.

"UH-60 Black Hawk" helikopteri Sent-Klaudadan təxminən 25 kilometr cənub-qərbə qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdəki 3 heyət həlak olub", - Uolz deyib.

O qeyd edib ki, həlak olanların hamısı ABŞ Milli Qvardiyasının hərbi qulluqçuları olub.

Bildirilir ki, yaxın günlərdə insidentlə bağlı araşdırma başladılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Helikopter   Qəza  


Bizi "telegram"da izləyin