Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır

2019/10/1572008598.jpg
Oxunub: 1204     15:56     05 Dekabr 2019    
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquqa uyğun olaraq nizamlanmalıdır.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Slovakiyada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

O bildirib ki, dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır:

“Biz beynəlxalq hüquqa uyğun və ərazi bütövlüyü əsasında həll yolu tapmalıyıq. Türkiyə tezliklə ATƏT-in Əməkdaşlıq və Təhlükəsizlik Forumunun sədri olacaq və biz bütün üzv dövlətlərlə və təşkilatlarla əməkdaşlığa ümid edirik. Səmərəli fəaliyyət göstərən ATƏT bizim bu narahat zamanda daha yaxşı hiss etməyimizə kömək edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   Qarabağ  


Bizi "telegram"da izləyin