Ukrayna XİN rəhbəri: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

2019/12/50419-1575547971.jpg
Oxunub: 1484     16:11     05 Dekabr 2019    
Ukrayna böhranının həlli ATƏT ölkələrinin ərazisində mövcud olan uzunmüddətli münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə yol aça bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Vadim Pristayko Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.

"Yaxın günlərdə Parisdə Norman sammiti çərçivəsində Avropadakı ən böyük münaqişənin həllinə nail olmağa çalışacağıq. Ümid edirik ki, bu istiqamətdə əldə olunacaq irəliləyiş yalnız Ukraynada deyil, həm də Gürcüstan, Moldova və Azərbaycanda həlli uzanan münaqişələrin sülh yolu və beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində suverenliyə və ərazi bütövlüyünə tam hörmət edilməsi ilə nizamlanmasına yol aça bilər", - Pristayko deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NATO  


Bizi "telegram"da izləyin