Baş katib: "ATƏT regionda sülhün təmin olunması üçün bütün addımları dəstəkləməyə hazırdır"

2017/11/755112026884326345345_1511246589.jpg
Oxunub: 1070     15:39     05 Dekabr 2019    
"ATƏT regiondakı münaqişələrin həlli prosesində sülhə yönəlmiş bütün addımları dəstəkləməyə hazırdır".

Ordu.az xəbər verir ki, bunu ATƏT-in baş katibi Tomas Qreminger Bratislavada təşkilatın Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında deyib.

O həmçinin qeyd edib ki, ATƏT-in Ukrayna böhranını həll etmək səyləri bölgədəki digər münaqişələrin də nizamlanmasına təkan verə bilər.

T.Qremingerin sözlərinə görə, qurumun əsas təşəbbüslərindən biri siyasi və hərbi gərginliyin azaldılması məqsədilə dialoqa dəstək verməkdir: "Bir-birimizlə qarşılıqlı fəaliyyət qurmaq istəmiriksə, problemlərin ümumi həll yollarını necə tapa bilərik?!".

Baş katib ATƏT-in ümumi dəyərlərinin yenidən qiymətləndirilməsinin vacibliyini də vurğulayıb: "Bu gün təhlükəsizliyimizə təsir edən yeni çağırışlarla üzləşirik. Bunlar arasında iqlim dəyişikliyini, miqrasiyanı, rəqəmsallaşmanın yaratdığı texnoloji inqilabı göstərmək olar. Bunun öhdəsindən gəlməyin yeganə yolu birlikdə işləmək, bir-birimizə dəstək olmaqdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT   XİN  


Bizi "telegram"da izləyin