Gürcüstan XİN rəhbəri: “NATO-ya üzv olmaq Gürcüstanın xarici siyasət prioritetidir”

2019/12/0312z-1575545850.jpg
Oxunub: 566     16:36     05 Dekabr 2019    
“NATO-ya üzv olmaq Gürcüstanın xarici siyasət prioritetidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Londonda keçirilən yüksək səviyyəli bir tədbirdə deyib.

Zalkaliani qeyd edib ki, NATO-nun diqqətini daha çox çəkən Qara dəniz bölgəsində ən çox təhlükəsizlik çağırışı Rusiyadan gəlir.

Zalkaliani çıxışında Gürcüstanın Avroatlantik istəklərinin heç birinin üçüncü tərəfə qarşı yönəlmədiyini, əksinə ölkənin müdafiə qabiliyyətini və dayanıqlığını gücləndirməyi hədəflədiyini izah edib.

NATO-nun Baş katibi Yens Stoltenberq bundan əvvəl qeyd edib ki, Gürcüstana NATO üzvlüyünə gedən yolda kömək ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   NATO  

Gürcüstan XİN rəhbəri: “NATO-ya üzv olmaq Gürcüstanın xarici siyasət prioritetidir”

2019/12/0312z-1575545850.jpg
Oxunub: 567     16:36     05 Dekabr 2019    