Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - FOTOLAR+VİDEO

2019/12/18ad6-1575526412.jpg
Oxunub: 2178     10:20     05 Dekabr 2019    
Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədi ilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Araz çayı üzərindəki “Ümid” körpüsündən keçən Türkiyə Respublikasının HİDROMEK şirkətinin istehsalı olan təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər, eləcə də onların ehtiyat hissələri xüsusi daşıma vasitələri ilə Naxçıvan Muxtar Respublikasına gətirilib.

Mühəndis texnikalarının silahlanmaya daxil edilməsi münasibəti ilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində mərasim keçirilib.

Mərasimdə hərbi hissənin zabiti Ramil Dadaşov və HİDROMEK şirkətinin nümayəndəsi Murad Armağan Azərbaycan ilə Türkiyə arasında mövcud olan hərbi sahədəki yüksək səviyyəli əməkdaşlıqdan danışıblar. Bildirilib ki, yeni texnikaların silahlanmaya qəbul edilməsi mühəndis təminatı bölmələrinin texniki imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxışların ardından texnikaları gətirmiş heyətə Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - FOTOLAR+VİDEO

2019/12/18ad6-1575526412.jpg
Oxunub: 2179     10:20     05 Dekabr 2019    