Döyüş təyyarələrində lazer silahları: Buna qarşı çıxmaq mümkündürmü?

2019/12/15657-6303828684.jpg
Oxunub: 2681     14:00     10 Dekabr 2019    
Yeni texnologiyaların meydana gəlməsi silahların və döyüş taktikasının simasını daim dəyişir. Çox vaxt yeni bir silah növünün meydana gəlməsi əvvəlki nəslin silahının istifadəsini tamamilə "bağlayır". Atıcı silahlar yay və oxları tamamilə sıradan çıxardı, tankların yaradılması isə süvarilərin yox olması ilə nəticələndi.

Xüsusiyyətləri dəyişdikcə eyni tip silahlar çərçivəsində də az dəyişiklik baş vermir. Məsələn, pilot tərəfindən idarəolunan aviasiya nümunəsindən istifadə edərək təyyarələrin və onların silahlarının dizaynının dəyişməsi nəticəsində, buna uyğun olaraq hava döyüş taktikasının necə dəyişdiyini görə bilərsiniz. İlk taxta uçan vasitələrin pilotlarının şəxsi silahlarından atışmaları, İkinci Dünya Müharibəsinidə şiddətli manevr edən hava döyüşləri ilə əvəz edildi. Vyetnam Müharibəsində "hava-hava" tipli idarəolunan raketlərin istifadəsinə başlandı, hazırda isə idarəolunan raket silahlarından istifadə edərək uzaqmənzilli hava döyüşü, aviasiya vasitələrinin hava mübarizəsinin əsas metodu hesab olunur.

Döyüş təyyarələrinin 100 ildə təkamülü

Yeni fiziki prinsiplər üzərində silah

21-ci əsrdə silah inkişafının ən vacib sahələrindən biri yeni fiziki prinsiplərə (YFP) əsaslanan silahların yaradılması hesab edilə bilər. Bir çoxunun YFP əsaslı silahların qəbul edilməsinə şübhə ilə yanaşmasına baxmayaraq, onların peyda olması yaxın gələcəkdə silahlı qüvvələrin simasını kökündən dəyişə bilər. YFP silahları haqqında danışarkən, ilk növbədə lazer silahları (LS) və elektrik/elektromaqnit sürətlənməyə malik mərmili kinetik silahlar başa düşülür.

Aparıcı dünya gücləri lazer və kinetik silahların inkişafına ciddi sərmayə yatırırlar. Həyata keçirilən layihələrin sayına görə ABŞ, Almaniya, İsrail, Çin və Türkiyə kimi ölkələr liderdir. İnkişafın siyasi-coğrafi yayılma radiusu, Rusiyanın silah inkişafını qəsdən dalan istiqamətinə aparmaq məqsədilə təşkil edilən "sui-qəsd" kimi dəyərləndirməyə imkan vermir. Lazer silahlarının yaradılması ilə bağlı işlərin aparılması üçün ən böyük müdafiə şirkətləri: ABŞ-ın "Lockheed Martin", "Northrop Grumman", "Boeing", "General Atom and General Dynamics", Almaniyanın "Rheinmetall" AG, MBDA və s. cəlb edilib.

Lazer silahlarından bəhs edərkən, çox vaxt XX əsrdə Sovet lazer silahlarını yaratmaq üçün Sovet və Amerika proqramları çərçivəsində qazanılan mənfi təcrübələri xatırladırlar. Burada əsas fərqi nəzərə almalıyıq - hədəfləri məhv etmək üçün kifayət qədər güc verə bilən o dövrün lazerləri ya kimyəvi, ya da qaz-dinamika əsaslı idi, bu da onların böyük ölçülərinə, yanan və zəhərli komponentlərin mövcudluğuna, iştismarın əlverişsizliyinə və aşağı faydalı iş əmsalına səbəb olurdu. Həmin sınaqların nəticələrinə görə hərbi modellərin silahlanmaya qəbul edilməməsi, çoxları tərəfindən lazer silahı ideyasının tam çökməsi kimi qəbul edildi.

21-ci əsrdə vurğu sənayedə geniş istifadə olunan lif və sərt cisimli lazerlərin yaradılmasına yönəldildi. Eyni zamanda, hədəfə tuşlanma və izləmə texnologiyaları xeyli inkişaf edir, yeni optik sxemlər və bir neçə lazer bloklarının şüaları, diffraksiya barmaqlıqlarından istifadə edərək tək şüaya birləşdirilməsi həyata keçirilir. Bütün bunlar lazer silahlarının görünüşünün yaxın zamanda reallaşacağını göstərir.

1980-ci ildə yaradılan MIRACL kimyəvi lazeri, "Rheinmetall"ın son lifli döyüş lazeridir

Hazırda dünyanın aparıcı ölkələrinin silahlı qüvvələrində seriyalı lazer silahların arsenala qəbul edilməsinə başlandığını deyə bilərik. 2019-cu ilin əvvəlində "Rheinmetall" AG şirkəti Bundesver silahlı qüvvələrinin MANTIS hava hücumundan müdafiə sisteminə inteqrasiya edilən 100 kVt gücündə döyüş lazerinin sınaqlarının uğurla başa çatdığını elan etdi. ABŞ Ordusu "Northrop Grumman" və "Raytheon" ilə qısa mənzilli hava hücumundan müdafiə (M-SHORAD) vəzifələri üçün nəzərdə tutulan "Stryker" döyüş maşınlarını təchiz etmək üçün 50 kilovattlıq lazer silahı hazırlamaq üçün müqavilə imzaladı. Bu sahədə ən böyük sürprizi isə Türkiyə hərbçiləri təqdim etdilər. Onlar Liviyadakı real döyüş əməliyyatı zamanı döyüş məqsədli pilotsuz uçuş aparatını məhv etmək üçün yerüstü lazer sistemindən istifadə etdilər.

Liviyada Türkiyə əsgərləri tərəfindən döyüş lazeri ilə məhv edilən Çinin zərbə-kəşfiyyat tipli PUA-sı

Hazırda lazer silahlarının əksəriyyəti quru və dəniz platformalarından istifadə üçün hazırlanır, bu isə lazer silahları istehsalçılarına kütlə və ölçü xüsusiyyətləri, həmçinin enerji istehlakı baxımından qoyulan məhdudiyyətləri əsaslandırmağa kömək edir.
Bununla birlikdə, lazer silahlarının hərbi təyyarələrin görünüşünə və taktikasına daha böyük təsir göstərəcəyini güman etmək olar.

Döyüş təyyarələrində lazer silahları

Döyüş təyyarələrində lazer silahlarından səmərəli istifadə etmək qabiliyyəti aşağıdakı amillərə bağlıdır:

- lazer şüalarının hündürlük ilə artan yüksək atmosfer keçiriciliyi ilə;
- "hava-hava" raketləri tipində, xüsusən də optik və termal tuşlama başlıqlı potensial həssas hədəflərin ələ keçirilməsi ilə;
- aviasiya sursatının lazer əleyhinə qorunmasına qoyulan kütlə və ölçü məhdudiyyətləri ilə.

Hazırda ABŞ hərbi təyyarələri lazer silahlar ilə daha aktiv təchiz edilir. Lazer silahlarının quraşdırılması üçün ən çox ehtimal olunan namizədlərdən biri beşinci nəsil F-35B təyyarəsidir. Quraşdırma zamanı F-35B qırıcısının şaquli qalxma və enmə imkanını təmin edən qaldırıcı pər sökülür. Bunun əvəzinə isə reaktiv mühərrik oxu ilə idarəolunan elektrik generatorundan, soyutma sistemindən, şüa tuşlaması və onun sabit saxlanılmasına imkan verən sistemə malik lazer silahından ibarət kompleks qurulmalıdır. Təxmini güc ilkin mərhələdə 100 kVt-dan çox olmalıdır, sonra isə ardıcıl olaraq 300 kVt-a və 500 kVt-a qədər artacaq. Lazer silahlarının yaranmasında ortaya çıxan irəliləyişləri nəzərə alsaq, 2025-ci ildən sonra ilk nəticələri, 2030-cu ildən sonra isə 300 kVt və daha çox gücə malik lazerin seriyalı nümunələrin meydana çıxmasını gözləmək olar.

Lazer silah sistemi inteqrasiya edilən F-35B

İnkişaf mərhələsində olan digər bir model, F-15 "Eagle" və F-16 "Fighting Falcon" qırıcılarını təchiz etmək üçün "Lockheed Martin" tərəfindən hazırlanan SHiELD sistemidir. SHiELD kompleksinin yerüstü sınaqları 2019-cu ilin əvvəlində uğurla başa çatdı, hava sınaqları isə 2021-ci ilə planlaşdırıllr. Silahlanmaya qəbulu 2025-ci ildən sonra gözlənilir.

Lazer silahları yaratmaqla yanaşı, kompakt enerji təchizatı mənbələri də eyni dərəcədə vacibdir. Bu istiqamətdə işlər aktiv şəkildə davam etdirilir, məsələn, 2019-cu ilin may ayında Böyük Britaniyanın "Rolls-Royce" şirkəti lazer üçün kompakt hibrid elektrik stansiyasını nümayiş etdirdi. Beləliklə, yaxın onilliklərdə lazer silahlarının hərbi təyyarələrin arsenalında öz yerlərini tutması ehtimalı böyükdür. Bu keyfiyyətdə o, hansı vəzifələri həll edəcək?

Döyüş təyyarələrində lazer silahlarının istifadəsi

Döyüş təyyarələrindəki lazer silahlarının tətbiqinin əsas məqsədi "hava-hava" və "yer-hava" tipli rəqib raketlərinin ələ keçirilməsindən ibarət olmalıdır. Hazırda gücü 30 kVt (100 kVt güc optimal hesab olunur) və ya daha çox gücə malik olan lazerlə bir kilometr məsafədə idarə olunmayan minaatan mərmilərinin və YARS raketlərinin ələkeçirilmə ehtimalı təsdiqlənib. Daşınan Zenit Raket Komplekslərinin (DZRK) həssas optik başlıqlarının müvəqqəti korlaşmasını təmin edən lazer və optik maneə sistemləri artıq istifadəyə verilərək aktiv istifadə olunur.

Lazer silahlarının əsas məqsədi hücum edən "hava-hava" və "yer-hava" tipli rəqib raketlərini ələ keçirməkdir

Beləliklə, təyyarədə 100 kVt və daha çox gücü olan lazer silahlarının görünməsi, onu optik və termal özütuşlanan başlıqlı sursatlarından, yəni DZRK və qısa mənzilli "hava-hava" və "yer-hava" raketlərindən qoruyacaq. Üstəlik, bu tip raketlərin beş kilometr və ya daha çox məsafədə məhv edilməsi də mümkündür.

Hazırda qısa mənzilli "hava-hava" raketlərinin mövcudluğu, manevrli yaxın döyüş ehtiyacının olmamasının səbəblərindən biri hesab olunur, çünki "şəffaf zireh" texnologiyası ilə qabaqcıl tuşlama sistemlərinin birləşməsi təyyarənin hava məkanındakı mövqeyini əhəmiyyətli dərəcədə dəyişdirmədən raket silahlarını tuşlamağa imkan verir. "Hava-hava" tipli və DZRK raketlərinin məhdud kütlə və ölçü xüsusiyyətləri onların üzərində effektiv anti-lazer mühafizəsi qurmağı çətinləşdiir.

Qısa mənzilli "hava-hava" və DZRK raketləri, aviasiya lazer silahlarının ilk "qurbanları" ola bilər

Lazer silahları ilə məhv edilmək üçün növbəti namizədlər, aktiv radiolokasiyalı özütuşlanan başıqdan istifadə edən uzun və orta mənzilli "hava-hava" və "yer-hava" raketləri olacaq. Əvvəla, bu raketləri qoruyan radioşəffaf bir qoruyucu materialın yaradılması barədə sual yaranır. Bundan əlavə, axımlı başlığın lazeri ilə şüalandıqda baş verəcək proseslər ayrıca bir araşdırma tələb edir. Yaranan istiliyin radiolokasiya şüalanmasının keçidinə mane olacağı və hədəfin ələ keçirilməsinin baş tutmaması da mümkündür. Bu problemin həlli tapılmazsa, o zaman "hava-hava" və "yer-hava" raketlərinin birbaşa təyyarə və ya zenit raket sistemi tərəfindən radiokomanda ilə tuşlanması metoduna, yəni geriyə dönüləcək. Bu isə bizi yenidən eyni vaxtda raketlərin idarə olunması üçün məhdud sayda kanal problemi və raketin hədəfləri məhv etməsinə qədər təyyarənin uçuş kursunda saxlamaq məcburiyyəti ilə üz-üzə qoyacaq.

Lazer şüalarının gücünün artması ilə təkcə tuşlanma sisteminin elementləri deyil, həm də raketlərinin digər struktur elementləri də zərər görə bilər ki, bu da onların anti-lazer mühafizə ilə təchizatını tələb edəcək. Lazer əleyhinə mühafizənin istifadəsi raketlərin ölçüsünü və kütləsini artıracaq, bu isə onların məsafə, sürət və manevr xüsusiyyətlərinin göstəricilərini əhəmiyyətli dərəcədə azaldacaq. Hədəfə zərbəni çətinləşdirən, taktiki texniki xüsusiyyətlərinin pisləşməsinə əlavə olaraq, lazer əleyhinə mühafizəsi olan raketlər isə lazer şüalarından mühafizə tələb etməyən CUDA kimi yüksək manevrli raket əleyhinə sursatlara qarşı daha həssas olacaq.

Kiçik ölçülü yüksək manevrli "hava-hava" tipli CUDA raketləri

Beləliklə, lazer silahlarının döyüş təyyarələrində görünməsi müəyyən dərəcədə təkqapılı bir oyundur. Raketlərin lazerlə məhv edilmədən qorunması üçün onlar lazer əleyhinə mühafizə ilə təchiz olunmalı, lazer şüalanma zonasında qalma müddətini minimuma endirmək üçün uçuş sürəti hipersəs səviyyəyə qaldırılmalıdır (Ehtimal ki, özütuşlanan başlıqlardan imtina etmək üçün lazımdır). Eyni zamanda, daha böyük ölçü və kütləyə malik "hava-hava" və "yer-hava" raketlərinin döyüş dəstinin tərkibi azalacaq və onlar kiçik ölçülü, yüksək manevrli CUDA tipli raket əleyhinə sursatlar tərəfindən ələ keçirilməyə daha çox həssas olacaqlar.

Beşinci nəsil təyyarələrin məhdud sursat döyüş dəsti, raketlərinin ölçüsü və kütləsinin artması, lazer və ya raket əleyhinə sursatların ələ keçirilməsi ehtimalının yüksək olması ilə əlaqədar olaraq, lazer silahları ilə mübarizə aparan döyüş təyyarələrinin yaxın döyüş məsafəsinə qədər yaxınlaşmasına səbəb ola biləcək.

Lazer silahları və yaxın hava döyüşü

Tutaq ki, iki döyüş təyyarəsi idarəolunan "hava-hava" raketlərini istifadə edərək bir-birlərindən 10-15 km məsafəyə çatdılar. Bu vəziyyətdə gücü 300-500 kVt olan lazer silahı birbaşa düşmənin təyyarələrinə təsir edə bilər. Belə bir məsafədəki müasir tuşlama sistemləri lazer şüasını düşmən təyyarəsinin həssas elementlərinə - pilot kabininə, kəşfiyyat avadanlıqlarına, mühərriklərə və idarəetmə orqanlarına dəqiq şəkildə tuşlamağa qadirdir. Eyni zamanda, təyyarənin radio-elektron avadanlıq dəsti, rəqib vasitənin optik və radiolokasiya siqnaturasına (izlərinə) əsaslanaraq müstəqil şəkildə həssas nöqtələri seçib onlara lazer şüası yönəldə bilər.

Lazer silahlarının təmin edə biləcəyi yüksək reaksiya sürətini nəzərə alsaq, qısamənzilli lazer silahların istifadə edildiyi toqquşma nəticəsində, ənənəvi bir dizaynda olan hər iki təyyarənin zərər görməsi və ya məhv olması ehtimalı mövcuddur, hər iki pilotun həlak olacağı da şübhəsizdir.

Digər bir həll variantı isə yüksək uçuş sürətinə və atəş sıxlığına görə lazerlə mühafizənin öhdəsindən gələ bilən radiokomandalı tuşlanmaya malik kompakt və yüksək sürətli qısa mənzilli döyüş sursatının inkişafı ola bilər. Ativ müdafiə kompleksi (AMK) ilə təchiz edilən müasir bir tankı məhv etmək üçün bir neçə tank əleyhinə idarəolunan raket (TƏİR) tələb olunduğu kimi, lazer silahı ilə təchiz edilən düşmən təyyarəsinin məhv edilməsi üçün də müəyyən miqdarda kiçik ölçülü qısamənzilli raketlərin yaylım atəşi tələb edilə bilər.

"Görünməz" dövrün sonu

Gələcəyin hərbi aviasiyası haqqında danışarkən, hərbi aviasiya kəşfiyyatının əsasına çevriləcək perspektiv radio-optik fazalı anten barmaqlığını (ROFAR) qeyd etməmək olmaz. Bu texnologiyanın bütün imkanları haqqında təfərrüatlar məlum olmasa da, ROFAR-ın potensial görünüşü, aşkarlama qabiliyyətini azaltmaq üçün mövcud olan bütün stels texnologiyalara son qoyacaq. ROFAR ilə bağlı çətinliklər yaranarsa, inkişaf etmiş təyyarələrdə radioelektron mübarizə texnologiyalarının intensiv istifadəsi ilə birlikdə stels texnologiyanın effektivliyini əhəmiyyətli dərəcədə azalda bilən aktiv fazalı anten barmaqlığına (AFAR) malik olan RLS-in inkişaf edən modellərindən istifadə ediləcək.

ROFAR texnologiyası

Yuxarıda göstərilənlərə əsasən, Hərbi Hava Qüvvələrinin arsenalında lazer silahları olan təyyarələrin meydana çıxması rəqib aviasiyasının asqılarında daha çox sayda silahların istifadəsinin səbəb olacaq. Əslində 4 +/4 ++ nəsil üçün müəyyən bir "geri dönüş" olacaq və dərin modernləşdirilən Su-35S, "Eurofighter Typhoon" və ya F-15X qırıcıları bu mövzuda daha aktual model ola bilər. Məsələn, Su-35S on iki asqı nöqtəsində, "Eurofighter Typhoon" on üç asqı nöqtəsində, təkmilləşdirilən F-15X isə iyirmi asqı nöqtəsində "hava-hava" raketi daşıya bilər.

4+/4++ nəsil qırıcılar - Su-35S, "Eurofighter Typhoon" və F-15X

Bu baxımdan ən son Rusiya çoxfunksiyalı Su-57 qırıcısı daha az imkanlara malikdir. Su-57-nin xarici və daxili asqılarında cəmi on iki "hava-hava" raketi yerləşdirilə bilər. Rusiya qırıcıları üçün F-15X qırıcılarında olduğu kimi, bir neçə silah-sursatın eyni qurğuya yerləşdirilməsinə imkan verən asqıların S-35S və Su-57 qırıcılarında tətbiq edilərək döyüş yükləri sayının 18-22 ədəd "hava-hava" raketlərinə qədər artırılmasını təmin edəcəyi ehtimalı var.

Çoxfunksiyalı beşinci nəsil qırıcı Su-57

Silahlar

Lazer silahları ilə təchiz edilən təyyarəyə yaxınlaşmaq lazer silahlarının yüksək reaksiya dərəcəsi səbəbindən son dərəcə təhlükəli ola bilər. Bunun baş verəcəyi təqdirdə, düşmənin ən qısa zamanda məhv olma ehtimalını maksimum dərəcədə artırmaq lazımdır. Mümkün həllərdən biri olaraq, 30 mm çaplı yüksək sürətli avtomat toplar nəzərdən keçirilə bilər.

MAD-FIRES idarəolunan mərmilərinin 20 mm-ə qədər çapda tətbiq edilməsi planlaşdırılır

İdarəolunan raketlərin mövcudluğu düşmən təyyarəsinə idarəolunmayan silahlarla mümkün olduğundan daha uzaq məsafədən hücum etməyə imkan verəcək. Eyni zamanda, 30-40 mm çaplı mərmilərin lazerlə ələ keçirilməsi, kiçik ölçü və növbəli avtomatik atəşin çox sayda döyüş sursatı (15-30 mərmi) səbəbindən daha çətin olacaq.

Daha əvvəl qeyd edildiyi kimi, lazer silahları, ilk növbədə, optik və termal, bəlkə də aktiv radiolokasiyalı özütuşlanan başlıqlı raketlər üçün də təhlükədir. Bu, lazerlə silahlanan rəqib təyyarələrinə əks təsir üçün nəzərdə tutulan döyüş təyyarələrinin istifadə etdiyi silahların növünə və tipinə də təsir edəcək. Lazerlə silahlanan təyyarələri məhv etmək üçün nəzərdə tutulan əsas silahlar, lazer şüalanmasından qorunan "hava-hava" tipli teleidarəolunan raketlər olmalıdır. Bu vəziyyətdə RLS-in bir neçə "hava-hava" raketini eyni zamanda hədəfə tuşlamaq imkanları xüsusi əhəmiyyət kəsb edəcək.

Raketlərin düz hava axımlı reaktiv mühərriklər ilə təchiz edilməsi də eyni dərəcədə vacibdir. Bu, yalnız raketi maksimum məsafədə manevr etməsi üçün lazım olan enerji ilətəmin etməyəcək, həm də uçuşun son trayektoriyasında raketin yüksək sürətə malik olması ilə lazer silahının təsir müddətini azaldacaq. Bundan əlavə, yüksək sürətli "hava-hava" raketləri CUDA tipli raket əleyhinə sursatlar üçün daha çətin bir hədəfə çevriləcək.

Aktiv radiolokasiyalı özütuşlanan başlıq və düz hava axımlı reaktiv marş mühərriki ilə təchiz edilən uzaqmənzilli "hava-hava" tipli MBDA "Meteor" raketi

Və nəhayət, qırıcının döyüş sursat dəstinin az bir hissəsini eyni asqıda bir neçə ədəd yerləşdirilə bilən, düşmənin "hava-hava" və "yer-hava" tipli raketlərini ələ keçirmək imkanına malik kiçik ölçülü sursatlar təşkil etməlidir.

Nəticələr

1. Hərbi təyyarələrdə lazer silahlarının, xüsusilə kiçik ölçülü raket əleyhinə sursatlarla birlikdə meydana gəlməsi, döyüş təyyarələri üçün "hava-hava" raketlərinin daşıma qabiliyyətinin artırılmasını tələb edəcək. Beşinci nəsil təyyarələrin daxili silah bölmələrinin tutumu məhdud olduğundan, raketlərin xarici asqılarda yerləşdirilməsi tələb olunacaq ki, bu da stels xüsusiyyətlərə son dərəcə mənfi təsir göstərəcək. Bu, 4 +/4 ++ nəsil təyyarələrinin müəyyən bir "canlanması" anlamına da gələ bilər.

2. Lazer silahları yaxın döyüşdə müstəsna bir təhlükə yaradacaq, buna görə də uzun və orta məsafədən uğursuz hücum baş verdikdə, pilotlar lazer silaha malik təyyarələrlə yaxın döyüşdən mümkün olduğu qədər yayınmağa çalışacaqlar.

3. Çox sayda "hava-hava" raketinə malik 4 +/4 ++/5-ci nəsil döyüş təyyarəsi ilə lazer silahına malik stels 5-ci nəsil təyyarəsinin qarşı-qarşıya gəlmə ehtimalı, "hava-hava" raketlərini ələ keçirmək üçün raket əleyhinə sursatların və lazer silahların texniki imkanları ilə müəyyən edilir. Müəyyən bir andan etibarən "hava-hava" idarəolunan raketlərin lazer silahlarla təchiz olunan təyyarələrə qarşı kütləvi atəşindən istifadə taktikası işə yaramayacaq hala gələ bilər ki, bu da növbəti məqalədə nəzərdən keçiriləcək çoxfunksiyalı döyüş təyyarəsi anlayışının yenidən düşünülməsini tələb edəcək.

Yazı Andrey Mitrofanovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HHQ   Lazer-silahları  

Döyüş təyyarələrində lazer silahları: Buna qarşı çıxmaq mümkündürmü?

2019/12/15657-6303828684.jpg
Oxunub: 2682     14:00     10 Dekabr 2019    