Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Könüllü Hərəkat” ictimai təşkilatının həmtəsisçisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının təşkilati səfərbərlik idarəsi rəisinin keçmiş müavini, polkovnik Artaşes Mxitaryan bildirib.
Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Hayk Sarkisyanın 10 milyon dram ödəyərək bir ay orduda xidmət etməklə bağlı təqdim etdiyi qanun lahiyəsinə toxunan Mxitaryan bildirib ki, bu məsələ Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən ümumiyyətlə müzakirə olunmayacaq.
“Əminəm ki, bu məsələ Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən ümumiyyətlə müzakirə olunmayacaq, bu məsələ çıxacaq. Mən bu ajiotajı başa düşmürəm, nə üçün müzakirələr aparılır? Absurd təklifdir. 10 milyon vermək, bir ay xidmət etmək nə deməkdir? Nədir? Hərbi biletin qiymətini 10 milyon olub. Hansısa miqdarda pul ödəyərək vətəni müdafiə etmək vəzifəsindən imtina edirsən, ayıbdır, rüsvayçılıqdır. Bir ay ərzində sırada dayanmağı, avtomat silahından 3-9 güllə atəş açmağı öyrənəcəklər”,- deyə o bildirib.
Ehtiyatda olan erməni polkovnik həmçinin 2016-cı ilin Aprel döyüşlərinə də toxunub.
“Aprel ayında könüllülərimiz cəbhə xəttinə gedəndə və Qarabağın ən təhlükəli əraziləsindən birində - Talışın döyüş mövqelərində döyüş növbətçiliyi həyata keçirəndə bir çox çatışmazlıqlar, uyğunsuzluqlar ortaya çıxdı: ərazi ilə tanış deyildilər, döyüş tapşırığı ilə tanış deyildilər, döyüş növbətçiliyini öz üzərinə götürmüşdülər”,- deyə oan erməni polkovnik bildirib.
Alpər Mövludoğlu
Ordu.az