Ermənistan Baş prokurorun kürəkəninin avtomobilinin nömrəsi neçədir və kimin adına qeydiyyatdadır?

2019/12/78624-1575449665.jpg
Oxunub: 1449     11:01     05 Dekabr 2019    
Bu yaxınlarda erməni mətbuatında Ermənistanın Baş prokuroru Artur Davtyana ünvanlanmış aşağıdakı konkret suallar dərc olunub:

- Doğurdanmı kürəkəniniz Sarkis Tarxanyanın avtomobilinin dövlət nömrə nişanı əvəzinə qeydiyyatdan çıxarılmış “78 AM 001” nömrə nişanı vurulub? Əgər qeyd edilən dövlət nömrə nişanı qeydiyyatdan çıxarılmayıbsa, bu halda kimin adına qeydiyyatdadır? Eyni zamanda qohumunuz Artur Bağdasaryanın avtomobilinə vurulan nömrə qeydiyyatdan çıxarılan “353 LV 61” nömrəsi olduğu doğrudurmu? Əgər qeyd edilən dövlət qeydiyyat nömrə nişanı da qeydiyyatdan çıxarılmayıbsa, bu halda kimin adınadır?

Yeri gəlmişkən Tarxanyan Ermənistanın Baş prokurorunun sürücüsüdür. Eyni zamanda prokurorluğun təhlükəsizlik idarəsinin rəisidir.

Bu sualları dəqiqləşdirmək üçün baş prokurorluğun ictimai əlaqələrlə şöbəsinə müraciət edilib.

Qeyd edilən şöbədən bildirilib ki, həmin dövlət qeydiyyat nömrələri qeydiyyatdan çıxarılmayıb.

“Kimin adına qeydiyyat olduğu isə informasiya haqqında təhlükəsizliyi haqqında qanunun müvafiq bəndlərinin tələblərinə əsasən şəxsi məlumat hesab olunur və onun açıqlanması şəxsi məlumatların gizliliyi hüququnun pozulması deməkdir. Buna görə də həmin məlumat yayımlana bilməz. Bundan əlavə Ermənistan prokurorluğu bu sahədə fərdi məlumatların hazırlanması və idarə edilməsi orqanı deyildir”, - deyə şöbədən bildirilib.

Tarxanyanın əmək fəaliyyəti və ya əmək xarakteri statusuna gəldikdə isə həmin şəxs Baş Prokurorluğun administrasiyasının informasiya texnologiyalarına qulluq və təhlükəsizliyin təmin edilməsi idarəsinin rəisi vəzifəsini tutaraq, həmin vəzifədən irəli gələn vəzifə borclarını yerinə yetirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin