Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanunla ölkədə hərbi vəziyyət zamanı bütün tibb müəssisələri, o cümlədən özəl xəstəxanaların idarəetməsi Səhiyyə Nazirliyinə veriləcək.
Ermənistanda xəstəxanaların çarpayı fondunun təxminən 32 faizi özəl xəstəxana tibbi yardım və müalicə müəssisələrinin payına düşür.
Ermənistan Səhiyyə Nazirliyinin tabeliyində hazırda tibbi yardım və tibbi xidmət təminatı həyata keçirən 17 xəstəxana və 1 ilkin tibbi yardım müəssisəsi var.
Xatırladaq ki, Ermənistan Səhiyyə nazirinin müavini Levon Hakobyan, hökumətin parlamentin 3 dekabr tarixində keçirilən iclasında təqdim etdiyi “Hərbi vəziyyətin hüquqi rejimi haqqında” qanuna əlavələr edilməsi haqqında qanun layihəsini təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az