Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp NATO-nun sammitində iştirak etmək üçün getdiyi Londonda deyib.
Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsinə əsasən, Yaponiyada təxminən 50.000 amerikalı hərbi qulluqçu yerləşdirilib. Yaponiya bu hərbi qulluqçular üçün ildə təxminən 200 milyard yen (təxminən 1.8 milyard dollar) maliyyə ayırır ki, bu da bazanın işçiləri, kommunal xidmətləri və digər əşyalara kifayət edir.
Mövcud 5 illik saziş 2021-ci ilin martında bitəcək.
Sevinc Əliyeva
Ordu.az