Ermənistan Baş prokuroru Poğosyan haqqında daha bir gizli məlumatı ifşa edib?

2019/11/12517-1575015771.jpg
Oxunub: 1151     15:36     30 Noyabr 2019    
Bir neçə gün öncə məlum olub ki, rəsmi Moskva Rusiyada Ermənistan Məhkəmə Aktları İcraçıları Xidmətinin keçmiş rəhbəri, general Mihran Poğosyan haqqında verilən məhdudiyyəti ləğv edib.

Dünən jurnalistlərlə görüşən Ermənistan Baş prokuroru Artur Davtyan Poğosyan haqqında qətimkan tədbirinin yeni ləğv edilmədiyini vurğulayıb.

“Yadınızdadırsa, bir neçə ay əvvəl Mihran Poğosyanın təhvil verilməsindən imtina edilməsi haqqında məlumat vermişdik. Əgər ölkə təhvil verməni rədd edirsə, bundan sonra bir saniyə belə onu saxlamaq hüququ yoxdur. Yeni bir şey yoxdur, həmin dövrdə olan vəziyyətdir”, - deyə o qeyd edib.

Davtyan bildirib ki, rusiyalı həmkarları ilə müzakirələr davam etdirilir.

“Cinayət işinin araşdırılmasının fəal mərhələdə olduğunu nəzərə alaraq, daha ağır cinayət epizodlarının ortaya çıxa biləcəyini istisna etmirəm. Təbii ki, cinayətin ağırlığını nəzərə alaraq, ümid edirik ki, həmkarlarımız ədalətli və hüquqi bir yanaşma nümayiş etdirəcəklər”, - deyə erməni baş prokuror qeyd edib.

Hazırda mövcud olan ittihamın təhvil verilməsinə əsas olması üçün kifayət qədər ağır olmadığına dair məsələyə aydınlıq gətirən Davtyan bildirib ki, sırf hüquqi terminalogiya baxımdan danışılırsa, ağırdır.

Davtyan hazırda cinayət işinin araşdırılmasının fəal mərhələdə olduğunu və yeni məqamların ortaya çıxacağı halda rus həmkarları ilə müzakirə edəcəklərini burğulayıb.

O, eyni zamanda başqa bir incə məqam haqqında da söz açıb.

“Əgər hər hansı bir şəxs hər hansı bir ölkəyə sığınacaq əldə etmək xahişi ilə müraciət edirsə, həmin ölkə bunu bəyan etməmə hüququna malikdir. Bunun nə dərəcədə səbəb olduğunu bilmirəm. Buna görə də, vəziyyəti dərk etmək üçün müzakirələri davam etdiririk”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poğosyan   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin