Ermənistan parlamentinin komissiyası SQ-də intizam pozuntuları ilə bağlı qanun lahiyəsini təsdiq edib

2019/11/mails-1575102803.jpg
Oxunub: 897     10:02     30 Noyabr 2019    
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyası hökumət tərəfindən təqdim olunmuş qanun lahiyəsini təsdiq edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanun lahiyəsi ilə intizam pozuntusunun aşkar edilməsi halında intizam cəzasının tətbiq edilməsi üçün müddəti maksimum dərəcədə uzatmaq təklif olunur.

Məlumata görə, Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan komissiyada “Ermənistan Respublikası Silahlı Qüvvələrinin İntizam Məcəlləsi” ilə bağlı qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında qanun lahiyəsini təqdim edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   SQ  


Bizi "telegram"da izləyin