“Əgər Poğosyanı təhvil verməmək üçün Rusiyanın qərarı məqbul olsaydı...” - Davtyan

2019/08/timth-1566032351.jpg
Oxunub: 1010     14:31     30 Noyabr 2019    
“Ermənistan hüquq-mühafizə orqanları rusiyalı tərəfdaşları ilə Məhkəmə Aktları İcraçıları Xidmətinin keçmiş rəhbəri general Mihran Poğosyanı erməni tərəfinə təhvil vermək üçün fəaliyyətini davam etdirir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dünən Ermənistan Baş prokuroru Artur Davtyan deyib.

Davtyanın sözlərinə görə, sığınacaq verilmə məsələsinin müzakirə olunması mümkündür.

“Rusiya bu barədə yüksəkdən danışmağa borclu deyil. Buna görə də səbəblərin nələr olduğunu anlamaq üçün iş davam etdirilir. Əgər Rusiyanın mövqeyi məqbul olsaydı, biz əlaqələrimizi davam etdirməzdik”, - deyə Davtyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin