Ermənistan MN rəsmisi: “Nazirlik orduda xidmət formatının dəyişdirilməsini müzakirə etmir”

2019/07/Untit-1564477242.jpg
Oxunub: 1403     13:54     30 Noyabr 2019    
“10 milyon dram ödəmək və orduda bir ay xidmət etmək qanun lahiyəsi əvvəlcə “Mənim Addımım” fraksiyasında müzakirə olunsun, bundan sonra rəsmi şəkildə tirajlanacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan deyib.

O qeyd edib ki, indi müəyyən olunmuş qaydanın pozulması ilə hərbi xidmət keçməmiş vətəndaşlarla bağlı qanun hələki bir neçə gündür fəaliyyətdədir.

“Biz hökumət olaraq bildiririk ki, qanun fəaliyyəti uzadılmayacaq. Bu məntiqdə Müdafiə Nazirliyinin mövqeyini başa düşməyi xahiş edirəm”,- deyə Balayan bildirib.

Orduda bir aylıq xidmət keçməklə bağlı verilən suala Balayan cavab verib ki, qoşun növündən asılı olmayaraq, təlim mərhələsi ən azı beş ay davam edir.

“Müdafiə Nazirliyi bu gün orduda mövcud olan xidmət formatının dəyişdirilməsini müzakirə etmir və bu, Müdafiə Nazirliyi üçün qəbul olunan deyil”, - deyə Balayan qeyd edib.

Balayan orduda cəmi bir ay xidmət etmiş şəxslərin müharibə vəziyyətində qayıdacağına və səfərbərlikdə iştirak edəcəyinə şübhə etdiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Balayan   Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin