Erməni deputat: “Orduda özünü aldatmaya sarılmış yalançı oğrular var”

2019/11/gevor-1575102404.jpg
Oxunub: 1134     15:25     30 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin Çiçəklənən Ermənistan partiyasından olan deputatı Naira Zöhrabyanın müəllifi olduğu qanun lahiyəsi komissiyanın müsbət rəyi ilə yaxın gələcəkdə Ermənistan parlamentinin plenar iclas gündəminə daxil ediləcək.

Zöhrabyanın qanun lahiyəsi ilə orduda əsgəri intihar dərəcəsinə çatdırma epizodu ilə daha ciddi cəzanın - 12 il müddətinə azadlıqdan məhrumetmənin müəyyən olunması təklif olunur.

Noyabrın 29-da komissiyada müzakirə zamanı Çiçəklənən Ermənistan Partiyasının başqa bir deputatı Gevorq Petrosyan əminliklə bildirib ki, qanun lahiyəsi orduda hökm sürən atmosfer problemlərindən irəli gəlir.

“Xidmət yerində müəyyən mühit - təzyiq edən-təzyiq edilən formalaşdırılıb, hərbi xidmət mühitində “dedavşina” deyilən şey var. Bu qanun lahiyəsi bu vəziyyət üçündür”,- deyə o bildirib.

Onun sözlərinə görə, həqiqətən də problem var və bu cür hərəkət edənlər daha ciddi şəkildə cəzalandırılmalıdır.

“Orduda özünü aldatmaya sarılmış, hərbi dərəcənin nə demək olduğunu unutmuş yalançı oğrular var, özlərini oğruların yerinə qoyublar. Onlarla əlaqə qurmaq düşmənlə əlaqə qurmaqdan daha çətindir”,- deyə Petrosyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin