Erməni vəkil: “Ordudan qanuni olaraq 10 milyon uçurulur”

2019/11/Varos-1575102326.jpg
Oxunub: 1273     12:41     30 Noyabr 2019    
“Ordudan qanuni olaraq 10 milyon uçurursunuz, 5 də əlavə edək, 2 nəfər üçün Dubaya səyahət təşkil edək”.

Ordu.az xəbər verir ki, bunu erməni vəkil Yervand Varosyan öz “Facebook” səhifəsində qeyd edib.

O, Ermənistan parlamentində müzakirələrə səbəb olan ordu haqqında qanun layihəsinə toxunub.

“Yeni qanun lahiyəsi:

1. Ordudan qanuni olaraq 10 milyon uçurulur (5 də əlavə edək, 2 nəfər üçün Dubaya səyahət təşkil edək),
2. 20 milyon verək, hansısa ali təhsil müəssisəsinin diplomunu sıralayaq,
3. 30 milyonla Ermənistan Futbol Federasiyasının icraiyyə komitəsində yer tuta bilərsiniz (tanış-qohumları milli ilə Avropalarla fırlatmaq),
4. 40 milyona mahal valisi təşkil edəcəyik (telefonlarınızı tellə bağlayacağıq ki, oğurlamasınlar),
5. 50 - deputat (üç düymə - əlinizdə rəngli su şüşəsi),
6. 60 milyona komissiya sədri (“padavatla” insanları komissiyaya çağıra və bilmədiyiniz sahələrdən onlara sual verə bilərsiniz),
7. 70 milyona nazir (ordudan qanuni olaraq azad olunma kağızını geri),
8. 80 - 4 iş naziri (daimi metro bileti ilə),
9. 90 milyona Baş nazirin müavini, divar boyası qatları ilə,
10. Baş nazir - helikopterlə, asfalt yaymaq üçün bütün imkanlarla, kababla, xaşlama ilə”, - deyə vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin