Əfqanıstanda polis mikroavtobusu partladılıb: 1 ölü, 3 yaralı

2019/11/c8e32-1573625515.jpg
Oxunub: 1472     12:32     30 Noyabr 2019    
Əfqanıstanın Hilmənd vilayətində polis mikroavtobusunun partladılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ordu.az xarici KİV-lərə isitnadən xəbər verir ki, vilayətin rəhbərliyi partlayışın törədilməsini təsdiqləyib.

Məlumata görə, “Taliban” qiyamçıları tərəfindən basdırılan və uzaqdan idarə edilən minanın partlaması nəticəsində sərhəd polis qüvvələrinin bir komandiri ölüb, iki polis və yerli müxbir yaralanıb.

“Taliban” qiyamçıları partayışla bağlı hələki açıqlama verməyib

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Partlayış  


Bizi "telegram"da izləyin