Liviya hökuməti Həftər qüvvələrini Kabavdakı hava zolağına hücum etməkdə günahlandırır

2019/08/Tripo-1565943738.jpg
Oxunub: 998     14:34     30 Noyabr 2019    
Cümə günü BMT-nin dəstəklədiyi Liviya hökuməti Xəlifə Həftərin rəhbərlik etdiyi qiyamçı qüvvələrin paytaxt Tripolinin cənub-qərbinən təqribən 230 kilometr məsafədə yerləşən Kabav şəhərində mülki hava zolağına hücum etdiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə mərkəzi hökumətin mətbuat xidmətinin rəhbəri Məhəmməd Qonono məlumat verib.

Mətbuat katibi hava hücumu nəticəsində insan tələfatı ilə bağlı hər hansı bir detalı açıqlamayıb.

Qonono daha sonra hökumət qüvvələrinin qiyamçıların 60 km cənubda yerləşən Hira bölgəsinə girmək cəhdlərinin qarşısını aldığını söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liviya   Həftər  


Bizi "telegram"da izləyin