Hindistan İsrail şirkətinin tank əleyhinə raketləri ilə bağlı iddiasını təkzib edib

2019/11/88-1575099567.jpg
Oxunub: 1296     15:38     30 Noyabr 2019    
Bu həftənin əvvəlində Hindistan ordusu Mhov şəhərindəki bir təlim ərazisində İsrailin "Rafael Advanced" şirkətindən alınan iki "Spike" uzun mənzilli tank əleyhinə raketi sınaqdan keçirib.

Qeyd olunur ki, Hindistan şirkətdən 12 başlatma qurğusu və 250-yə yaxın raket alıb.

İsrail mərkəzli şirkət Hindistan ordusunun üçüncü nəsil raketlər üçün planlarını yenidən nəzərdən keçirmələrin lazım olduğunu bildirib.

"Hindistan ordusu 3-cü nəsil raketləri ilə bağlı planlarını yenidən nəzərdən keçirməlidir. 4-cü nəsil raketinin olması 3-cü nəsil raketinin inkişafı planını şübhə altına alacaq", - deyə şirkət bildirib.

DRDO "Twitter"də sərt bir açıqlama verərək şirkətin açıqladığı bəyanatda “səhv faktlar”ın olduğunu bildirib.

Qeyd olunub ki, 3-cü nəsil raketinin inkişaf planı artan xətlə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   İsrail  


Bizi "telegram"da izləyin