“Hərbi qulluqçular haqqında hakim fraksiyasının hazırladığı qanun sadəcə iyrəncdir” - Nahapetyan

2019/11/hayk--1575099265.jpg
Oxunub: 1255     13:33     30 Noyabr 2019    
“Hərbi qulluqçular haqqında hakim “Mənim addımım” fraksiyasının hazırladığı qanun layihəsinin təfərrüatları sadəcə iyrəncdir”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Vətəndaş qərarı” partiyasının nümayəndəsi Mikayel Nahapetyan hakim partiyanı təmsil edən deputatların təklif etdiyi qanun layihəsinə toxunarkən qeyd edib.

“Bu, 20 min dollar müqabilində hərbi xidmətdən azad olunmanın qanuniləşdirilməsindən başqa bir şey deyil. Layihənin irəli sürdüyü ismarıclar isə yalnız iyrəncliyə səbəb olur. Bu nə deməkdir ki, ölümün gözünə yalnız yoxsullar baxsınlar. Həqiqi bir valideyn uşağının həyatını təmin etmək üçün 10 milyon dram geri pul toplamalıdır. Siz sosial ədalətsizlik əsasında qurulan bir ordunun nə qədər təhlükəli ola biləcəyini düşünürsünüz?”, - deyə Nahapetyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin