Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır

2017/11/345345_1511421403.jpg
Oxunub: 1181     11:10     30 Noyabr 2019    
Noyabrın 29-u, saat 15:15 radələrində işğal altında olan Qarabağın şimal-şərq hissəsində qanunsuz “hərbi birləşmə”nin müqaviləli hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Rafayel Vağarşak Azizyan güllə yarası alıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaralanmış erməni hərbi qulluqçu dərhal hərbi hospitala yerləşdirilib, onun vəziyyəti ağır sabit qiymətləndirilir.

Hadisənin detallarının araşdırılması üçün istintaq aparılır.

Alpər Mövludoğlu  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Erməni-əsgər  


Bizi "telegram"da izləyin