KXDR Yaponiyanı ballistik raketlə təhdid edib

2018/11/12084-1543212183.jpg
Oxunub: 1143     11:54     30 Noyabr 2019    
Yaponiyanın Baş naziri Şinzo Abe Pxenyanı atdığı son raketi ballistik raketdən ayırd edə bilmədiyinə görə tənqid edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Şimali Koreya bu çıxışdan sonra Tokioya yaxın gələcəkdə əsl ballistik raket buraxacağı ilə təhdid edib.

Təhdid Şimali Koreya Xarici İşlər Nazirliyinin Yaponiya İşləri Departamentinin baş direktorunun müavini tərəfindən edilib.

Xatırladaq ki, KXDR cümə axşamı günü şərq sahillərində dənizə iki qısa mənzilli mərmi atıb. Abe raket atışlarını Yaponiya və beynəlxalq birlik üçün təhdid adlandırıb.

Şimali Koreya lideri Kim Çen İn isə ölkənin son raket sınağının nəticələrindən böyük məmnunluq hissi keçirdiyini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Yaponiya  


Bizi "telegram"da izləyin