Rusiyanın “Topol” ballistik raketi gözləniləndən altı dəfə az uçub

2019/11/topol-1575097935.jpg
Oxunub: 1409     11:16     30 Noyabr 2019    
Rusiyanın “Topol” qitələrarası ballistik raketinin sınaqdan keçirilməsi zamanı əvvəlcədən bildirilmiş 12 min kilometrlik məsafənin əvəzinə cəmi 2 min kilometr uçub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq atışı Kapustin Yar raket buraxılış ərazisindən Qazaxıstandakı Sarı Şaqan sınaq poliqonundakı hədəfə doğru həyata keçirilib.

Qeyd olunur ki, qitələrarası ballistik raketin niyə nisbətən qısa uçuş məsafəsində sınaqdan keçirildiyi bilinmir. Buna baxmayaraq, Rusiya Müdafiə Nazirliyi nümayəndələrinin sözlərinə görə, sınaqlar uğurlu alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Topol  


Bizi "telegram"da izləyin