Çavuşoğlu NATO-nun Baş katibi ilə telefonla danışıb

2019/11/780x4-1575090105.jpg
Oxunub: 1069     10:14     30 Noyabr 2019    
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, tərəflər gələn ay İngiltərədə keçiriləcək NATO sammitinə hazırlıqlar məsələsini müzakirə ediblər.

Qeyd olunub ki, NATO Türkiyənin Rusiyadan idxal etdiyi “S-400” hava hücumundan müdafiə sistemlərinə görə narahatdır.

“Alyans bu vəziyyətdən çox narahatdır. Baş katib dəfələrlə bəyan edib ki, hər bir NATO ölkəsi istifadə olunan silah növləri barədə müstəqil qərar vermək hüququna malikdir, lakin Rusiya sistemləri NATO-nun inteqrasiya olunmuş raketdən müdafiə sistemi ilə uyğunsuzluq təşkil edəcək və bu problemdir”-deyə, NATO-nun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çavuşoğlu   NATO  


Bizi "telegram"da izləyin