London körpüsündə baş verən insident terror aktı elan edilib

2019/11/AFP_1-1575090365.jpg
Oxunub: 1101     12:02     30 Noyabr 2019    
London körpüsündə naməlum şəxs bıçaqla ətrafındakılara hücum edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerinə silahlı polislər gəlib, körpü bağlanıb.

Britaniya polisi bir neçə nəfərin yaralanması ilə nəticələnən insidenti törədən şübhəli şəxsə hadisə yerində atəş açıb və şübhəlini öldürüb.

Hücum zamanı bıçaqla xəsarət yetirilən 5 nəfərdən 2-si dünyasını dəyişib.

Paytaxt polisinin terrorla mübarizə bölməsinin rəhbəri Nil Basu bildirib ki, hazırda hadisənin terror hücumu kimi qiymətləndirildiyini təsdiqlənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Terrror  


Bizi "telegram"da izləyin