Erməni deputat: “Aprel döyüşləri ilə bağlı araşdırmalar sona çatır və ipucu artıq görünür”

2019/11/Axvan-1574072555.jpg
Oxunub: 1259     15:02     29 Noyabr 2019    
Ermənistan parlamentində yaradılan 2016-cı ilin Aprel döyüşlərini detallarını araşdıran İstintaq Komissiyasının sədri Andranik Koçaryan jurnalistlərə açıqlamasında araşdırmalarının sona çatdığını və ip ucunun artıq göründüyünü söyləyib, ancaq konkret bir açıqlama verməyin hələ tez olduğunu da vurğulayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, verilən məlumatların doğruluğuna da toxunub.

Köçəryan qeyd edib ki, çoxlu məlumat toplayıblar və yaxın gələcəkdə əldə edilən məlumatları dərc etməyə hazır olacaqlar.

Mümkün problemlərə gəlincə, Koçaryan komissiyanın əldə etdiyi məlumatlardan qorxmamaq lazım olduğunu söyləyib, əksinə, onlar Ermənistan ordusunun gələcəkdəki çatışmazlıqlarının aradan qaldırılmasına yönəldilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Ermənistan  


Bizi "telegram"da izləyin