“Vaqner” Mozambikdəki döyüşlərdə itgilər verib

2019/01/mans--1548483565.jpg
Oxunub: 1778     17:55     29 Noyabr 2019    
Rusiyanın “Vaqner” özəl hərbi kompaniyasının hərbi qulluqçuları ekstremistlərlə son döyüşlərdə məğlub olduqdan sonra Mozambikiakala liman şəhərinə gəliblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təhlükəsizlik mütəxəssisləri son bir neçə həftə ərzində 11 rus hərbi qulluqçunun Mozambikin şimal-qərbindəki döyüşlərdə öldürüldüyünü, onlardan bir neçəsinin isə başının kəsildiyini söyləyirlər.

Məlumata görə, Mozambikdə öldürülən ilk “Vaqner” hərbi qulluqçularının cəsədləri bu həftə Rusiyaya göndərilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaqner   Mozambik  


Bizi "telegram"da izləyin