Rusiya MN “Topol” ballistik raketinin sınağının görüntülərini yayımlayıb - VİDEO

2019/11/10600-1575019202.jpg
Oxunub: 1361     14:58     29 Noyabr 2019    
Rusiya Müdafiə Nazirliyi cümə günü Həştərxan vilayətinin cənubunda yerləşən Kapustin Yar ərazisindən “Topol” qitələrarası ballistik raketin sınaqdan keçirildiyini göstərən video yayımlayıb.

Ordu.az xəbər verir ki, görüntülər nazirlik tərəfindən “Vkontakt” sosial şəbəkəsində yayımlanıb.

Rusiya Müdafiə Nazirliyi cümə axşamı günü verdiyi açıqlamada “Topol” raketini uğurla sınaqdan keçirdiyini və döyüş başlığının Qazaxıstanda simulyasiya edilmiş hədəfə dəydiyini söyləyib.

Qeyd edək ki, “Topol-M” 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində hazırlanmış strateji qitələrarası ballistik raket sistemidir. Normalda 800 min kiloton TNT dağıdıcı gücü olan 800 kiloyon döyüş başlığı daşıyır. Bu, 1945-ci ildə Yaponiyanın Naqasaki bölgəsində partladılan atom bombasının dağıdıcı gücündən 40 qat daha çoxdur.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Topol  


Bizi "telegram"da izləyin