Əfqanıstanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 “Taliban” qiyamçısı öldürülüb

2019/10/AFGAN-1572342598.jpg
Oxunub: 1502     13:50     25 Noyabr 2019    
Dünən Əfqanıstanın Kunduz əyalətində ölkənin təhlükəsizlik qüvvələri ilə “Taliban” qiyamçıları arasında toqquşma yaşanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 qiyamçı öldürülüb.

Qeyd olunur ki, qarşıdurmada Əfqanıstan təhlükəsizlik qüvvələrinin 5 üzvü, qiyamçılardan isə 6 nəfəri yaralanıb.

Məlumata görə, öldürülənlər arasında “Taliban” komandirlərindən olan Mövludi Abida da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin