Erməni siyasətçi: “Paşinyanı faktiki olaraq məhz Sarkisyan hakimiyyətə gətirib”

2019/11/image-1574673361.jpg
Oxunub: 1112     16:52     25 Noyabr 2019    
“Sarkisyan populizm, hakimiyyətdə natarazlıqlar sisteminin aradan qaldırılması və siyasi təqiblərdən şikayət edərək əsas çıxışını hazırkı hakimiyyətin apardığı daxili siyasətin tənqidinə həsr etdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Milli Gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, ötən həftə Zaqrebdə Avropa Xalq Partiyasının konfransında keçmiş prezident Sarkisyan hakimiyyət dəyişikliyindən bir il yarım sonra könüllü susqunluğunu nəhayət pozub.

“Bununla bağlı Sarkisyan və onun tərəfdarlarına aşağıdakıları xatırlatmaq istəyərdim:

1) Paşinyanı, onu dəstəkləyən müxtəlif xarakterli qüvvələri faktiki olaraq hakimiyyətə məhz Sarkisyan gətirib və onun siyasi komandası 2018-ci ildə ölkədə elə bir vəziyyət yaratdı ki, onun fəaliyyətləri nəticəsində onlar asanlıqla hakimiyyəti tam ələ keçirə bildilər, xalqın gözlərində demək olar fəaliyyət göstərən bütün siyasi qüvvələri devalvasiya etdilər.

2) Sarkisyan və onun siyasi komandası Ermənistanda ən azı 10 il tam hakimiyyətə sahib olub. Bu illər ərzində Sarkisyanın birbaşa himayəsi altında seçki prosesinin ardıcıl şəkildə devalvasiyaya uğradığı və hər bir partiyanın nüfuzdan salındığı bir sistem formalaşdırıldı.

3) Hakimiyyət dəyişikliyindən sonrakı dövrdə Sarkisyan hakimiyyət illərinə siyasi qiymətləndirmə verməkdən yayınıb, sonunda xalqımızın geniş təbəqələrinin narazıçılığına gətirib çıxaran və kütləvi qiyama səbəb olan siyasi səhvləri qəbul edib”, - deyə Çalabyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çalabyan   Paşinyan   Sarkisyan  


Bizi "telegram"da izləyin