ASALA terrorçusu: “Qarabağ məsələsinin həlli ilə bağlı hər hansı səmərəli işin olduğunu görmürəm”

2019/11/768-1574673318.jpg
Oxunub: 1988     15:14     25 Noyabr 2019    
“Biz qəribə davranırıq, lakin adam daxil olub, sual verib, cavab alıb və gedib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ASALA terror təşkilatının təşkil etdiyi “Van” əməliyyatının (Esenboğa hava limanına hücum – red.) komandiri Vazgen Sislyan deyib.

O qeyd edib ki, Milandakı kilsədə baş verən hadisə Ermənistanın yox, İtaliyanın təhlükəsizlik məsələsidir.

“Kilsə hadisəsinə böyük diqqət çəkmək istəmirəm. Bu, adi hadisədir. Bundan əlavə, bu, bizim təhlükəsizlik problemimiz deyil, bu, İtaliyanın təhlükəsizlik məsələsidir. Sonra adamdır, sənədi var, daxil olub, kilsə qarşısında pasport yoxlamırlar, elə deyil? Əgər eyni şeyi erməni etsəydi, məgər eyni cür qəbul edəcəydik? Sevinəcəydik, elə deyil?”, - deyə Sislyan bildirib.

Qarabağ məsləsinin həllinə toxunan erməni terrorçu bildirib ki, araba hələki yerindən hərəkət etmir, zaman qazanırlar.

“Hər hansı səmərəli iş görmürəm, yalnız zaman qazanırlar. Səmərəli o deməkdir ki, nəinki ərazilər, həmçinin Qarabağın müstəqilləşməsi və nəhayət Ermənistan birləşməsi haqqında danışılsın. Nəticə budur”, - deyə Sislyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASALA   Qarabağ   Terror   Təxribat  


Bizi "telegram"da izləyin