Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Daşnaksütun partiyasının nümayəndəsi Lilit Qalstyan bildirib.
Qalstyanın sözlərinə görə, Paşinyanın İtaliyada Vatikan “padvalları”nda gizlənmiş korrupsiyonlar haqqında sərt bəyanatları beynəlxalq skandalın elementlərini ehtiva edir.
Erməni rejissor Davit Sahakyants Paşinyanın sərt bəyanatlarını “qəddar” qiymətləndirib.
Ermənistanın “VETO” hərəkatının rəhbəri Narek Malyan bildirib ki, Paşinyanın bu gün bu cür bəyanatlar verməyə imkanı var. Ermənistan Respublikaçılar Partiyasının yaydığı bəyanat haqqında danışan Malyan qeyd edib ki, Paşinyan və Sarkisyanın bir-biri ilə əlaqəsi olmayıb.
“1 Mart” hadisələri ilə bağlı cinayət işi məhkəməsi və məhkəmə sistemində hökm sürən vəziyyətdən danışarkən Malyan əvvəlcə Robert Köçəryanın fransalı vəkili Sevak Torosyanın “1 Mart” işini “sirk” adlandırığını və daha sonra “sirk”i saxlamğın asan olmadığını qeyd etdiyini xatırladıb.
Alpər Mövludoğlu
Ordu.az