Fransa və Saheldən olan hərbi qulluqçular ekstermistlərə qarşı kampaniyanı genişləndirir

2019/11/wire--1574672930.jpg
Oxunub: 1014     14:12     25 Noyabr 2019    
Fransa ordusu və 5 dövlətdən ibarət “G5 Sahel” qüvvələri Afrikada Malinin Burkino Faso ilə sərhəddində olan Tofa Qala meşələrində sığınacaqlar quran ekstermistlərə qarşı əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Burkina Faso, Çad, Mali, Mavritaniya və Nigerdən olan, adını Afrikanın savannalar bölgəsi Saheldən alan qüvvələr 600 fransız əsgəri ilə birlikdə “Bourgou IV” əməliyyatını keçiriblər.

Qeyd olunur ki, ümumi sayı 1400 olan hərbi qulluqçular əməliyyatların davam edəcəyini bildiriblər.

Xatırladaq ki, 2012-ci ildə Malidə dini ekstermistlərin hakimiyyətə qarşı çıxması sonradan müharibəyə çevrildi və nəticədə minlərlə mülki şəxsin ölümünə səbəb oldu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Sahel  


Bizi "telegram"da izləyin