Daha sonra jurnalist qeyd edib ki, bu məsələ ətrafında dəqiq fikir formalaşdırmaq üçün buraya gəlib.
Jurnalist “Njdenin həyat və fəaliyyətinin ziddiyətli məqamlarının araşdırılması üçün erməni və rus həmkarlardan ibarət komitənin təşkil edilməsini məqsədə uyğun hesab edilirmi” deyə Paşinyana sual ünvanlayıb.
Paşinyanın cavabına gəlməzdən öncə bu hadisədən əvvəl nələrin baş verdiyini qısa olaraq xatırladaq.
Rusiya Federasiyasının Armavir şəhər dumasının deputatı Vinoqradov erməni kilsəsinin ərazisinə daxil olaraq Qareqin Njdenin xatirə lövhəsini qara boya ilə rəngləyib. Vinoqradov törətdiyi hadisəni şəhər əhalisinin faşizmin tərəfdarı olan Qareqin Njdenin xatirə lövhəsinin İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirə lövhələrinin yanında yerləşməsinin əleyhinə olduğu ilə izah edib.
Ondan öncə isə Rusiya Dövlət Dumasının deputatı Leonid Kalaşnikov bildirib ki, bəzi dövlətlərin liderləri İkinci Dünya müharibəsi, xüsusilə nasizmin qəhrəmanlaşdırılması üzrə iki üzlü oyun oynayırlar. Onun sözlərinə görə, belə bir vəziyyət Qareqin Njdenin xatirə lövhəsinin yerləşdirilməsi ilə də özünü biruzə verib. Daha sonra Kalaşnikov əlavə edib ki, xatirə löhvəsinin yerləşdirilməsi böyük səhvdir və o, bu məsələnin həlli ilə şəxsən məşğul olmaq niyyətindədir.
Rusiyada müxtəlif qüvvələrin Njde ilə bağlı gündəm formalaşdırılmasına nail ola bilməsi Ermənistanda narahatlıq yaradıb.
Buna görə də ermənilər Paşinyandan siyasi yetişkənlik və məsələnin ortaya çıxması üzrə qeyri-dəqiq səbəbləri elə yuvasındaca boğmaq qabiliyyətini nümayiş etdirməsini gözləyirdi.
Bəs Paşinyan nə etdi?
“Paşinyan rus və erməni tarixinə dair biabirçı bir savadsızlıq nümayiş etdirdi. Bu suala cavab vemək üçün kifayət qədər məlumat mənbəyi və zənginliyi mövcud idi. Paşinyan artıq 1989-cu ildə Rusiyanın qanunverici orqanının məlum Molotov-Ribentrop aktına siyasi və hüquqi qiymət verilməsini unudaraq, Molotovun 3-cü Reyxlə təmaslarına toxundu. Faktiki olaraq, Paşinyan bu kimi incə siyasi məsələlərin damarını tuta bilmir, bunun sifarişçilərini hiss etmir və zamanında fürsətdən istifadə edərək əqrəbləri əsl düşmənlərin üzərinə çevirməyi bacarmır. Paşinyan əgər doğrudan da bu məsələ ilə bağlı narahatdırsa, o halda daha incə diplomatik manevrlər tətbiq etməlidir. Əks halda Paşinyan erməni-rus ittifaqını dağıtmaq niyyətində olanların dəyirmanına su tökmüş olur”, - deyə erməni ekspert Vahe Haikuni bildirib.
Qeyd edək ki, bir çox ekspert dairələri bu məsələni Rusiyanın Ermənistana qarşı təzyiq vasitəsi kimi hesab edirlər.
Alpər Mövludoğlu
Ordu.az