Tramp HDQ rəhbəri vəzifəsinə yeni namizəd irəli sürüb

2019/11/ddd-1574660040.jpg
Oxunub: 1164     10:04     25 Noyabr 2019    
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbəri vəzifəsinə Birləşmiş Ştatların Norveçdəki səfiri Kennet Breytueytin namizədliyi irəli sürülüb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" hesabında məlumat verib.

Daha əvvəl Pentaqon rəhbəri Mark Esper Hərbi-Dəniz Qüvvələrinin indiki naziri Riçard Spenseri Ağ Evin nümayəndələri ilə hərbi cinayətlərdə ittiham edilən Evdard Qallager barəsində gizli danışıqlarına görə vəzifəsindən uzaqlaşdırmağı təklif edib.

"Riçard Spenser Mark Esper tərəfindən vəzifəsindən çıxarılıb. Mən Riçarda xidmətinə görə təşəkkür edirəm", - deyə Tramp bildirib.

Qallager ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsində xidmət zamanı bir sıra hərbi cinayətlərin törədilməsində ittiham edilir. Bu cinayətlər arasında əsir götürülmüş İŞİD silahlılarının qətlə yetirilməsi, həmçinin İraqda öldürülən şəxslərin fotolarının nümayiş etdirilməsi var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin