Esper HDQ nazirinin istefaya getməsini istəyir

2019/10/PENTA-1570181294.jpg
Oxunub: 1171     09:08     25 Noyabr 2019    
Pentaqonun rəhbəri Mark Esper ABŞ Hərbi Dəniz Qüvvələri naziri Riçard Spenserin istefaya getməsini istəyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb Spenserin Ağ Ev nümayəndələri ilə cinayətdə ittiham edilən Edvard Qallagerin hərbi taleyi ilə bağlı gizli danışıqlar aparması olub.

Bildirilir ki, R.Spenser Ağ Evin nümayəndələrindən E.Qallagerə qarşı prosesə müdaxilə etməmələrini istəyib və bunun qarşılığında o, ittiham olunan hərbçinin rütbəsini saxlayaraq ordunu tərk etməsinə zəmanət verdiyi deyib.

Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffmanın sözlərinə görə, Spenser öz təklifi barədə Pentaqonun rəhbərinə məlumat verməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   HDQ  


Bizi "telegram"da izləyin