İxtisara düşmüş erməni zabit MN-i məhkəməyə verib

2019/11/PN-pa-1572677174.jpg
Oxunub: 1932     20:17     25 Noyabr 2019    
Bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyi hökumətə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin Baş Qərargahının struktur bölmələrinin nizamnamələrinin və strukturlarının, struktur dəyişikliklərinə müvafiq ştat siyahılarının təsdiq edilməsi layihəsini təqdim edib

Artıq Müdafiə Nazirliyi müvafiq struktur dəyişikliklərinə müvafiq ştat siyahısını təqdim edib və Ermənistan hökuməti təsdiqləyib.

Həmçinin Ermənistan Silahlı Qüvvələrinin struktur dəyişikliklərinin təsdiqlənməsindən və Paşinyanın Müdafiə Nazirliyinə gəlməsindən sonra nazirlikdə vəzifədən azad edilmə və ehtimal edilən yenidən təyinat dövrü başlayıb.

Ermənistan Müdafiə Nazirliyinin əsasnaməsinə əsasən nəzərdə tutulan aşağıdakılardır:

1) Nəzarət idarəsinin adı dəyişdirilərək Daxili İstintaq idarəsi adlandırılır;

2) Əsaslı tikinti və qoşunların yerləşdirilməsi idarəsinin adı dəyişdirilərək əsaslı tikinti və şəxsi heyyətin yerləşdirilməsi idarəsi adlandırılır.

Məlumata görə, bu dəyişikliklər nəticəsində ixtisara düşmüş və vəzifədən kənar qalan Ermənistan MN-in vəzifəli şəxsləri məhkəməyə müraciət ediblər.

Noyabrın 15-də erməni zabit Artur Harutunyan inzibati məhkəməyə müraicət edərək, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahından tutduğu vəzifədən azad edilməsi və kadr ehtiyatına buraxılması haqqında əmrinin tam ləğv edilməsinə məcbur etməsini tələb edib. Üstəlik onun Baş Qərargahın Təşkilat Səfərbərlik İdarəsinin ləğv edilən Hüquq xidmətinin yerinə Baş Qərargahın inzibati aparatının hüquq şöbəsinin zabiti müvafiq ştat vəzifəsinə təyinatını, bunun mümkün olmadığı halda isə qanunamüvafiq şəkildə kompensasiya ödənilməsinə məcbur etməsini tələb edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-MN   Etiraz   Məhkəmə  


Bizi "telegram"da izləyin