Erməni ekspert: ““Sərhədlər Kürdən keçməlidir” kimi tezislərdən imtina etməliyik”

2019/11/maxre-1574505419.jpg
Oxunub: 3410     14:48     25 Noyabr 2019    
Xəbər verdiyimiz kimi, Ermənistanın sabiq prezidenti S.Sarkisyan bu günlərdə Avropa Demokratik Partiyasının qurultayı zamanı bəyan edib ki, münaqişənin indiki danışıqlar mərhələsi, narahatlıqlar doğurur.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz dəstəyini alması çox vacibdir. Təəssüf ki, Azərbaycanın necə silahlandırmaqda olduğunun, Qarabağ (qondarma qurum-red.) və Ermənistanı təhdid etməkdə davam etdiyinin şahidi oluruq. İstəyirəm ki, Bakı mesajımı bir daha eşitsin, Qaabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və bu məsələnin hərbi həlli yolu yoxdur”, - deyə Sarkisyan bildirib.

Erməni ekspert Armine Adibekyanın sözlərinə görə, hazırda vəziyyət dəyişib, ancaq hansı istiqamətə dəyişdiyi qeyri-müəyyəndir.

“Nə azərbaycanlılar, nə də ermənilər nə baş verdiyini anlamır və mənə elə gəlir ki, Ermənistan hakimiyyəti bu prosesin hara getdiyini yaxşı anlamır. Sarkisyan, hazırkı hakimiyyətə, bunun məntiqli olduğunu və bu məntiqə əsasən hərəkət etmək lazım olduğunu, danışıqlar prosesinin aparılmalı olduğunu göstərib. Heç bir halda səhv addımlarla hərbi əməliyyatların başlamasına sürükləməməyi tövsiyyə etməyə çalışıb”, - deyə o qeyd edib.

Adibekyan bildirib ki, hazırda erməni hakimiyyətinin Qarabağ məsələsindəki mövqeyinin nədən ibarət olduğu onun üçün aydın deyil.

“Məndə elə təəssürat var ki, Ermənistanın birinci şəxsi bu mövzunu çiynindən atmaq və Qarabağ tərəfinin çiyinlərinə qoymaq istəyir, ya da mövzunun birtəhər mənimsənilməsi və çəkilməsini istəyir. Bu 25 illik danışıqlar prosesində həddindən artıq işlər görülüb. Bunun nəticə verməməməsi isə pis işlərin görülməməsi və ya yersiz insanların danışıqlar aparması deyil, bunun səbəbi bu problemin real həllinin olmamasıdır. Bütün iştirakçıların məmnun qaldıqları heç bir məqam, kəsişmə nöqtəsi yoxdur”, - deyə o qeyd edib.

Ekspert xatırladıb ki, Paşinyan hakimiyyət olduğu müddət ərzində Qarabağla bağlı 3 tezis irəli sürüb.

“İlk növbədə bəyan etdi ki, Qarabağ danışıqlar tərəfi olmalıdır, daha sonra “Qarabağ, Ermənistandır və son”, bundan sonra hər 3 tərəf Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olacaq bir həll yolunun tapılması vacibliyini bildirib. Bu 3 tezis dorudanmı, bir-birinə ziddiyyət təşkil etmir? Yalnız Paşinyanın dəstəklədiyi Qarabağın danışıqlar masasına qayıtması fikri ilə, o, münaqişənin həlli yükündən yaxasını çəkmək və Azərbaycanla Qarabağı (qondarma qurum-red.) öz aralarında problemlərini həll etməsinə nail olmaq istəyir”, - deyə o bildirib.

“Qarabağ, Ermənistandır və son” məsələsinə gəldikdə, ekspert vurğulayır ki, bu, əvvəllərdə istifadə “daxili mətbəx”də edilmiş bir termindir.

“Daxildə deyilən, xaricdə əksini tapmalıdır. Paşinyan xaricdə qüvvədə olmayan bir fikri irəli sürüb. Bu fikir danışıqlar məzmununa da ziddir. Azərbaycan cəmiyyətində bu tezisin dəstəklənməsinə necə nail olmaq niyyətində olduğu məlum deyil. Hər 3 tərəfi məqbul edəcək bir həll varinatı mövcud deyil”, - deyə Adibekyan bildirib.

O, eyni zamanda erməni tərəfinin təxribatçı yanaşmalarından, o cümlədən “Bakıda çay içmək”, “Bizim sərhədlər Kürdən keçməlidir” kimi tezislərindən imtina etməli olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin