İran HDQ bütün esmineslərini şaquli atıcı qurğularla təchiz edəcək

2019/11/32998-1574505453.jpg
Oxunub: 1144     11:30     23 Noyabr 2019    
““Dena” və “Damavand” esmineslərinin şaquli atıcı qurğularla təchiz edilməsi işləri davam edir və sistemlər yaxın vaxtlarda sınaqdan keçiriləcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin rəisi Hüseyin Xanzadi deyib.

O qeyd edib ki, qurğuların təchiz edilməsi sadəcə “Damavand” və “Dena” ilə məhdudlaşmayacaq.

“Gələcəkdə bütün esmineslər eyni sistemlə təchiz ediləcək”, - deyə Xanzadi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Esmines  


Bizi "telegram"da izləyin