Ter-Petrosyana qarşı ittihamlar irəli sürülür - Nə baş verir?

2019/11/768-1574505295.jpg
Oxunub: 1144     15:34     25 Noyabr 2019    
Ermənistan Baş naziri Nikol Paşinyanın Milandakı erməni kilsəsində erməni icmasının nümayəndələri ilə görüş zamanı səsləndirdiyi bəyanat xüsusilə “Erməni Milli Konqresi”ndə ciddi narahatlığa və həyacana səbəb olub.

“Erməni Milli Konqresi”nin vitse-prezidenti Levon Zurabyan Harut Uloyanın (Uloyan Paşinyanın ifadəsini sərt şəkildə tənqid edib) yazısına işarə edib.

Maraqlıdır ki, bu günlərdə rus KİV-lərinə müsahibəsində Paşinyan “Moskovski Komsomolets”in əməkdaşının Ter-Petrosyanla qarşılıqlı münasibətlərinə dair verilən sualına cavab verib ki, 2012-ci ildə o, Petrosyanla bütün siyasi əlaqələrini kəsib.

“Bununla da mən faktiki olaraq, Levon Ter-Petrosyanla həm ideoloji, həm təşkilati, həm də siyasi əlaqələrim yoxdur. Ümumiyyətlə heç bir əlaqəm yoxdur. İndi də yoxdur”, - deyə Paşinyan bildirib.

Eyni zamanda, Paşinyanın Milan bəyanatına hakim komandanın ayrılmaz hissəsi olan Vladimir Karapetyan və Hovik Ağazaryanın reaksiyaları olduqca maraqlı alınıb.

Ağazaryan seçki saxtakarlığının bəzi detallarını izah edib. Xüsusilə, Ter-Petrosyanın səsləri necə saxtalaşdırıldığına dair sübutlar təqdim edərək “Ermənistan Milli Konqresi”nin tərəfdaşlarını real olmağa çağırıb.

Paşinyanın bəyanatı olduqca maraqlıdır. Paşinyanın bu addımı ilə mövcud hakimiyyətində müəyyən rol oynayan “Erməni Milli Konqresi”nin bostanına daş atdığı vurğulanır.

Paşinyan –“Erməni Milli Konqresi” münasibətlərinin ruhuna o qədər də cavab verməyən bir bəyanatla çıxış etməsinə Paşinyanı nə məcbur edib?

Paşinyanın bu davranış tərzinin bir neçə izahatı ola bilər.

İlk növbədə bu məzmunlu bəyanatla Paşinyan Ter-Perosyanla heç bir əlaqəsi olmadını və onun təsir dairəsində olduğuna dair informasiyalardan kənar durmasına dair iddialarını əsaslandırmağa çalışmasıdır.

İkincisi, bu siyasi qüvvə ilə aralarında müəyyən subardinasyanın yaradılmasına cəhd etməsidir.

Nəhayət növbəti populist çıxış olması da istisna edilmir.

Axı, özünü İsa peyğəmbərə tay tutan adamdan hər şey gözləmək olar. Belə adamların bəyanatlarının arxasında daim bir rasional səbəblərin varlığı mütləq deyil, bu psixoloji amil də ola bilər.

Hər nə olursa olsun, Paşinyanın İtaliyaya edilən səfərinin mənfi nəticələrini Ermənistan hələ bir müddət sonra hiss edəcək. Onun verdiyi bəyanatlar nəinki absurddur, hətta ciddi diplomatik qalmaqala çevrilə bilər.

Paşinyan öz boyundan yuxarı atlamağa çalışır, bu isə patologiyadır. Bunun qarşısı alınmazsa, nəticəsi hamı üçün dönməz ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Petrosyan  


Bizi "telegram"da izləyin