Ermənistan MTX-nin sabiq rəhbərinin oyunu Paşinyanın sonu olacaq

2019/11/timth-1574505216.jpg
Oxunub: 1400     10:32     25 Noyabr 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan erməni mətbuatına verdiyi müsahibədə siyasi suallara cavab verməyib

Vanetsyan səssizliyin səhv olduğunu düşündüyünü söyləyib, ancaq vaxtı çatanda danışacağını da qeyd edib. O, deyib ki vaxt gələcək, ancaq nə zaman gələcəyini, siyasətçi, yoxsa başqa bir statusda danışacağını deməyib.

Amma Vanetsyan indi danışmadığını düşünürsə, yəqin ki, yanılır.

Ona görə ki, Ermənistan MTX-nin keçmiş rəhbəri milli təhlükəsizliklə bağlı suallar cavab verməməsi çox şeyə işarə edir. Ermənistan MTX-nin keçmiş rəhbəri milli təhlükəsizlik təhdidi ilə bağlı suala “cavab verməyəcəyəm” cavabını verirsə, bu, dolayı, lakin son dərəcə şəffaf bir şəkildə milli təhlükəsizliyin təhdid altında olduğunu göstərir. Əks təqdirdə, Ernmənistan MTX-nin keçmiş rəhbəri daha dəqiq danışmalı - milli təhlükəsizlik təmin olunub deməli idi.

Erməni siyasi şərhçi Hakob Badalyan qeyd edib ki, Vanetsyan oyun oynayır, ya da kimsə Vanetsyanla oynayır.

“Keçmiş bir MTX rəisi xaricdən maliyyələşən siyasi qüvvələrin olduğunu nümunə gətirəndə o qüvvələrin adlarını açıqlamalıdır. Birincisi, Vanetsyan, Paşinyanın Ermənistandakı siyasi agentlərlə bağlı verdiyi açıqlamanı faktiki olaraq təsdiqləyir. Eyni zamanda, əlbəttə ki, xaricdən maliyyələşən qüvvələrin “inqilabçı”ların sırasında olduğunu göstərir”, - deyə o bildirib.

Əlbəttə, Vanetsyanın demək olar ki, heç nə deməyə sözü olmadığı başqa bir məsələdir və “təhlükələr” barədə əsrarəngiz düşüncələrin yaranması siyasi fəaliyyət üçün zəmin hazırlamaqda atılan ilk addımlardan biri hesab oluna bilər. Vanetsyan praktiki olaraq siyasətdə iştirak etməyə hazırlaşdığını açıqlayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Paşinyan   Vanetsyan  


Bizi "telegram"da izləyin