Erməni hərbi qulluqçu MN-i məhkəməyə verib

2019/11/00-73-1573028822.jpg
Oxunub: 1113     14:20     25 Noyabr 2019    
Ermənistan Müdafiə Nazirliyinin keçmiş hərbi qulluqçusu Ağvan Arturoviç Adilxanyan 2017-ci il fevralın 25-də mövqelərimizə qarşı təxribat xarakterli əməliyyatlarda iştirak edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, onun bu əməliyyatlarında iştirak etməsinin təsdiqlənməsi məsələsi məhkəməyə gedib çıxıb.

Ermənistan MN-in Masis hərbi komissarlığı onun hərbi biletininin müvafiq bölməsində “əməliyyatlarda iştirak etməyib” qeydlərini yazıb. Keçmiş hərbi qulluqçu məhkəmə yolu ilə Müdafiə Nazirliyini hərbi biletində “əməliyyatlarda iştirak edib” qeydlərini yazmağa məcbur etmək niyyətindədir.

Hüquqlarını bərpa etmək üçün hərbi qulluqçu keçən il aprelin 5-də məhkəməyə müraciət edib. 12 aprel tarixində sənədlərin yanlış tərtibatı səbəbindən müraciət rədd edilib.

İddiaçı tərəf göstərilən nöqsanları aradan qaldıraraq, Ermənistan MN-i hərbi biletdə müvafiq qeydləri aparmasına məcbur etməsini xahiş edib.

Məhkəmə iddianı icraata qəbul edib. Artıq məsələ İnzibati Apellyasiya Məhkəməsindədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Məhkəmə  


Bizi "telegram"da izləyin