Çexiya ordusu gələn il "Baqram" aviabazasını qorumağı dayandıracaq

2019/11/image-1574496471.jpg
Oxunub: 1411     12:58     23 Noyabr 2019    
Çexiya ordusu gələn ilin mart ayının sonunda Əfqanıstanın Baqram bölgəsində, NATO rəhbərliyindəki qüvvələrin aviabazasını qorumağı dayandıracaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çexiya Müdafiə naziri Lyubomir Metnar bildirib.

Metnar bildirib ki, Çexiya artıq Əfqanıstanın xüsusi təyinatlı qüvvələrini təlimə diqqət yetirəcək, eyni zamanda ölkəyə hərbi tibbi heyət göndərəcək.

Qeyd edək ki, Çexiya 6 ildir sözügedən aviabazanın təhlükəsizliyini təmin edir.Hazırda ölkədə 170-ə çexiyalı əsgər var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Əfqanıstan  


Bizi "telegram"da izləyin