Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan “1 Mart” hadisələri zamanı İrəvana gətirilən hərbçilər arasında onun oğlunun da olması barədə mətbuatda yayılmış xəbərlərə toxunarkən bildirib.
Ohanyan qeyd edib ki, oğlu digər hərbi qulluqçular kimi öz xidmətini həyata keçirir və müxtəlif yerlərdə xidmət edib.
“Bu müddət ərzində o, digər hərbi qulluqçularla, hamı ilə bərabər şəkildə öz borcunu yerinə yetirib, başqa əlavə edəcək heç nəyim yoxdur”, - deyə o bildirib.
Xatırladaq ki, dünən erməni mətbuatı 2008-ci ilin “1 Mart” hadisələrində iştirak etmək üçün İrəvana gətirilən hərbçilər arasında həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin müavini vəzifəsini tutmuş Seyran Ohanyanın Qarabağda qanunsuz yerləşdirilmiş “hərbi birləşmə”də zabit kimi xidmət edən oğlu da olub. Qeyd olunur ki, bu hadisələrindən cəmi bir ay yarım sonra Ohanyan Ermənistanın Müdafiə naziri təyin olunub.
Alpər Mövludoğlu
Ordu.az